29 Yanvar 2025, 18:46
FUTBOL
UEFA İsrail millisinin ev oyunlarını doğma meydanda keçirmək istəyini qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İsrail Futbol Assosiasiyası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini evdə qəbul etmək üçün UEFA ilə danışıqlar aparıb.
Bununla belə, danışıqlar müsbət nəticələnmədiyi üçün qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2023-cü ildən bu yana İsrail millisinin ev oyunları Qəzza zolağındakı vəziyyətlə əlaqədar neytral stadionlarda keçirilir.