29 Yanvar 2025, 19:10
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo UEFA tərəfindən cəzalandırılıb.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin cəzalanmasına səbəb komandasını Avropa Liqasında "Lion"la qarşılaşmaya gec çıxarması olub.
Mourinyoya ən azı 1 oyunluq cəza verilib.
Bu qərarla təcrübəli mütəxəssis "Midtyulland" – "Fənərbaxça" qarşılaşmasında texniki zonadan kənarda qalacaq.