29 Yanvar 2025, 19:32
FUTBOL
"Qalatasaray" "Napoli"dən icarəyə götürdüyü Viktor Osimheni komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Corriere dello Sport" paylaşıb.
İstanbul nəhəngi nigeriyalı forvardın transfer hüququna yiyələnmək üçün İtaliya klubuna müraciət edib.
"Qalatasaray" Osimhen üçün "Napoli"yə 65 milyon avroluq təklif göndərib. Lakin neapollular bu təklifi qəbul etməyib. Klub 26 yaşlı forvardı 75 milyon avroluq sərbəstqalma məbləğindən aşağı satmağı düşünmür.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində icarəyə götürüb. Nigeriya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.