"Əl-İttifaq"ın ingilis baş məşqçisi Stiven Cerrard postunu erkən tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının "Əl-Youm" nəşri paylaşıb.

"Liverpul"un əfsanəvi yarımmüdafiəçisi komandada gördüyü işlərdən məmnun qalmadığı üçün klub rəhbərliyi ilə görüşüb və onun üçün ən yaxşı seçimin istefa vermək olacağını bildirib.

Rəhbərlik bu açıqlamanı ciddi qəbul edib və buna görə də Cerrardın yerinə yeni mütəxəssis axtarışındadır. Hələlik yekun qərar verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 17 turun nəticələrinə əsasən, "Əl-İttifaq" turnir cədvəlində 12-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest