"Qarabağ"ın futbolçusu Julio Romao səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

"Qarabağ"ın futbolçusu Julio Romao səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, qələbə qazanmaq istədiklərini deyib:

"Turnir cədvəlinə nəzər salsaq, "Olimpiakos"un vəziyyəti daha yaxşıdır, növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparırlar. Baxmayaraq ki, bizim pley-offa çıxmaq şansımız yoxdur. Ən azı qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək istəyirik".

"Qarabağ"ın turnir cədvəlindəki yerinin ədalətli olub-olmamasına Romaonun cavabı birmənalı olmayıb:

"Bəli, ədalətlidir. Futbolda əgər sən, rəqibin səni yaralamağına imkan yaradısansa, o, səni yaralayacaq. Mən razıyam ki, bir çox oyunlar oldu ki, "Qarabağ" yaxşı oyun nümayiş etdirdi, lakin layiq olmadığı məğlubiyyətləri aldı".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" – "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest