"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Liqa mərhələsinin son qarşılaşmasında uğurlu nəticəyə ümid etdiklərini deyib:

"Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı oynayırıq. Düşünürəm ki, "Olimpiakos" bu mövsüm Avropa Liqasının qalibi olmağa iddialıdır. Hansı ki, ötən il Konfrans Liqasının kubokunu qazanmışdılar. Bu il də arzuları, istəkləri və hədəfləri böyük olan komandaya qarşı oynayacağıq. Bu günki futbolda sürət, dinamika görmək istəyiriksə, bu komandada var. Son matçımızda sona kimi oynayıb, yaxşı nəticə göstərməyə çalışacağıq".

Qurban Qurbanov "16 illik fəaliyyətinizdəki gücü hardan alırsız" sualını da cavablandırıb:

"Əbbətdə ki, asan deyil. Kollektiv oyundur, işin gedişində daima dəyişikliklər olmalıdır və daima yeni simalar görürsən. Bu dəyişiklilərə görə uğurun davam etməsini gözləyirsən. Amma mənim bəxtim onda gətirib ki, bizim yaxşı rəhbərliyimiz var. Komanda formalaşdırmaqda hər zaman mənim yanımda olublar. Belə hallar olur, bir məşqçi uzun müddət bir klubda çalışır. Çalışmışıq bunu qoruyub saxlayaq.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunun "Olimpiakos" – "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest