30 Yanvar 2025, 00:35
FUTBOL
Almaniyanın "Bayer" klubu "Aston Villa"nın hücumçusu Emiliano Buendiyanı icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumameyilli yarımmüdafiəçi mövsümün ikinci yarısını "Bayer"in heyətində keçirəcək. Almaniya çempionu 20 milyon avro ödəməklə 28 yaşlı ön xətt oyunçusunun transfer hüququna yiyələnə bilər.
Qeyd edək ki, "Aston Villa" Emiliano Buendiyanı 2021-ci ilin yayında "Norviç"dən transfer edib. Argentina millisinə də dəvət almış təcrübəli oyunçu bu mövsüm Premyer Liqada 20 rəsmi matçda 3 qol vurub.