Əlcəzairli hücumçu Endi Delort "MK Əlcəzair"dən "Monpelye"yə keçib.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, hücumçu 2025-ci il iyunun 30-na kimi satın alma maddəsi də daxil olmaqla icarəyə götürülüb. 33 yaşlı futbolçunun dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Delort daha əvvəl də "Monpelye"də çıxış edib. O, Fransa klubda ümumilikdə 106 oyuna çıxıb, 47 qol vurub və 21 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest