“Qalatasaray”da ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

İstanbul təmsilçisi futbolçusu Hakim Ziyeşlə yollarını ayırıb. 31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ziyeşin Qətərin “Əd-Duhail” klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, mərakeşli futbolçu 2023-cü ilin yayından “Qalatasaray”ın üzvü idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest