30 Yanvar 2025, 10:08
FUTBOL
Mərhələnin ilk oyunları eyni gündə keçirilib.
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi start götürüb. Matc.az xəbər verir ki, bu mərhələnin ilk oyunları eyni gündə keçirilib.
"Aznur" "Göyçə"yə 6:3 hesabı ilə qalib gəlib. "Birbaşa Bakı" "Laçın"ın qapısından 13 cavabsız top keçirdiyi halda, "Sumqayıt" "Galaxy"ni 1:0 hesabı ilə üstələyib.
"Star Bakı" ilə qarşılaşan "Zirə" isə rəqibi üzərində 7:1 hesablı qələbə qazanıb.