"Beşiktaş" və Türkiyə millisinin futbolçusu Semih Kılıçsoy komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 19 yaşlı hücumçunun legioner həyatı yaşamaq variantı yaranıb.

Semihin İspaniyaya yollanmaq ehtimalı çoxdu. “Vilyarreal” onu heyətinə qatmaq üçün “Beşiktaş”a rəsmi müraciət edib. “Ağ-qaralar” bu keçidin baş tutmasına qarşı deyillər. Sadəcə, bunun üçün ispanlar onlara 15 milyon avro ödəməlidilər.

Qeyd edək ki, Kılıçsoyun “Beşiktaş”la 2028-ci il yayınadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest