Kriştianu Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubu növbəti transferini həyata keçirib. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Aston Villa”nın hücumçusu Con Duranın keçidini həll edib.

21 yaşlı futbolçunun transferi 77 milyon avroya başa gəlib. Nəticədə Duranın keçidi Səudiyyə Ərəbistanı liqasının tarixində ikinci ən bahalı transfer olub. Bu siyahıda birincilik isə Neymara məxsusdu. “Sambaçı”nın “Əl-Hilal”a keçidi klubu 90 milyon avro ziyana salmışdı.

Qeyd eədk ki, Con Duran cari mövsümdə ümumilikdə 29 matçda 12 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest