“Mingəçevir”də çıxış edən 3 futbolçu ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

AFFA İntizam Komitəsinin iclasında I Liqa klubu ilə bağlı önəmli qərar qəbul edilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında rəsmi məlumat yayılıb.

I Liqada “Mingəçevir” klubunda çıxış edən 3 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bunlar Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest