“Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasında XX turunda baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

“Araz-Naxçıvan” - “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərərin “Neftçi” tərəfindən ödənilməsinə qərar verilib.

“Qarabağ” - “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest