30 Yanvar 2025, 14:42
FUTBOL
Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Niko Kovaç bu posta təyin olunub.
Xorvatiyalı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən Nuri Şahini əvəzləyib. 53 yaşlı Kovaçla müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, fevralın 2-də “Hoffenhaym”la keçiriləcək matçda yeni komandasında debüt edəcək.
Qeyd edək ki, Niko Kovaç əvvəllər Xorvatiya millisi, “Ayntraxt”, “Bavariya”, “Monako” və “Volfsburq” klublarını çalışdırıb.