“Renn” baş məşqçisini istefaya göndərib. Matc.az xəbər verir ki, Fransa klubu Xorxe Sampaolini postundan uzaqlaşdırmaq qərarına gəlib.

64 yaşlı argentinalı ötən ilin noyabrından komandanı çalışdırırdı. Onun qovulmasına səbəb Liqa 1 təmsilçisinin son 5 matçda məğlub olmasıdı. Sampaoli 2017-2018-ci illərdə Argentina millisini çalışdırıb.

Qeyd edək ki, “Renn” hazırda 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest