“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis Çempionlar Liqasının qalibi olmaq şanslarını dəyərləndirib.

O, cari mövsüm bunun real olmadığını söyləyib: “Hazırkı vəziyyətdə Çempionlar Liqasını qazanmağımız mümkün deyil. Uğurlu olduğumuz illər yalnız qələbəyə köklənirdim. Ancaq reallıqla barışmaq lazımdı. İndi rəqiblərimiz bizdən daha yaxşıdır. Məsələn, “Real” Liqa mərhələsində çətinlik çəksə də, son görüşlərdə əvvəlki formasına qayıdıb. “Bavariya” Vensan Kompaninin rəhbərliyi altında əla mövsüm keçirir. Təbii ki, bir neçə həftəyə vəziyyət dəyişə bilər”.

Qeyd edək ki, “Mançester Siti” Liqa mərhələsində 11 xalla 22-ci yeri tutub və pley-offa vəsiqə qazanıb. Pley-offun püşkü sabah atılacaq. Bu mərhələnin oyunları isə 11-12 və 18-19 fevralda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest