Bu gün Azərbaycan I Liqasında mövsümün ikinci yarısına start verilib.

Matc.az xəbər verir ki, bununla da çempionatda yaranan 37 günlük fasilə başa çatıb.

XII turun ilk oyun günündə 3 görüş keçirilib. MOİK "İmişli"yə qalib gəlib. Lider "Qəbələ" "Baku Sporting"lə heç-heçə edib. "Karvan" isə "Difai" ilə bərabərə qalıb. 

Qeyd edək ki "Qəbələ", "Karvan" və "İmişli" turnir cədvəlində ilk "3-lük"də qərarlaşır.

I Liqa
XII tur
30 yanvar (cümə axşamı)

MOİK – "İmişli" - 4:3
Qollar:
 V.Əsgərov, 55, İ.Əliyev, 78, 90+5-pen; S.Allahquliyev, 90+7 // M.Tahirov, 15, E.Rəhimzadə, 58, S.Fərəcov, 67-pen.
Binə qəsəbə stadionu

"Karvan" – "Difai" - 3:3
Qollar:
 E.Qasımov, 6, 26, 90 // C.Kamta, 3, 45-pen; M.Alfa, 12
Yevlax şəhər stadionu

"Qəbələ""Baku Sporting" - 0:0
Qəbələ şəhər stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest