"Leypziq" rəsmi saytında PSJ-dən 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Xavi Simonsun transferini açıqlayıb.

Matc.az xəbər verir ki, niderlandlı futbolçunun Almaniya klubuilə müqaviləsi 2027-ci il iyunun 30-na kimidir. Simons 2023-cü ilin yayında "Leypziq" icarəyə götürülüb. Onun icarə müddəti keçən yay uzadılıb.

Daha əvvəl mətbuatda "Leypziq" Simonsu 50 milyon avro və bonus ödənişləri qarşılığında aldığını və bunun hesabına transfer məbləğinin 80 milyon avroya qədər arta biləcəyi yazılmışdı.

Qeyd edək ki, Simons bu mövsüm "Leypziq"in heyətində bütün turnirlərdə 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest