30 Yanvar 2025, 20:12
FUTBOL
"Fənərbaxça" PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyarı icarəyə götürməyə razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Müqaviləninin müddəti cari mövsümün sonuna qədərdir və satın alma maddəsi də var.
Qeyd edək ki, 29 yaşlı slovakiyalı Fransa çempionlarının start heyətində yerini təmin edə bilməyib. O, bu mövsüm Liqa 1-də cəmi 5 oyun keçirib, lakin fərqlənə bilməyib.