"Qalatasaray" "Milan"ın 32 yaşlı hücumçusu Alvaro Moratanı transfer etmək üçün danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, tərəflər ən qısa zamanda sövdələşmə üçün danışıqlar aparır və bunu yaxın saatlarda etmək niyyətindədirlər.

Qeyd edək ki, Morata ötən yay "Atletiko"dan İtaliya nəhənginə keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

32 yaşlı hücumçusunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 13 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest