30 Yanvar 2025, 21:44
FUTBOL
"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi Boliviyanın "Quabira" klubundan Ronaldo Vaskesi transfer edib.
"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Boliviyanın "Quabira" klubundan Ronaldo Vaskesi transfer edib.
25 yaşlı dominikanlı vingerlə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Futbolçu "Sumqayıt"da 23 nömrəli forma ilə çıxış edəcək.