Braziliya millisinin 32 yaşlı hücumçusu Neymar "Santos"a keçib.

Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb.

Ulduz futbolçu azad agent kimi doğma klubuna qayıdıb. Daha əvvəl o, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Santosla 6 aylıq müqavilə imzalanıb.

Neymar "Santos"da ayda 162 min avro alacaq ki, bu da Səudiyyə Ərəbistanındakı maaşından 98% azdır. Forvardın "Əl-Hilal"dakı karyerası ciddi zədələr səbəbindən yaxşı getməyib. Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya Səudiyyə Ərəbistanı klubuna keçib. Həmin vaxtdan o, meydanda cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Neymar yetirməsi olduğu "Santos"un heyətində 225 oyun keçirib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu Braziliya millisində 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest