31 Yanvar 2025, 09:50
FUTBOL
Xavi Simons “Leypsiq”in daimi oyunçusuna çevriləcək. Matc.az xəbər verir ki, Almaniya klubu hazırda icarə əsasında heyətində yer alan 21 yaşlı yarımmüdafiəçini müqavilə ilə məxsus olduğu PSJ-dən almaq qərarına gəlib.
Niderlandlı artıq ikinci mövsümdü ki, icarə əsasında “Leypsiq”də çıxış edir. Almanlar bu transfer üçün 50 milyon avro və bonuslar ödəyəcək. Bu da ümumilikdə 80 milyon avro deməkdi. Simonsla 2,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Xavi Simons bu mövsüm Bundesliqada 11 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.