Azəbaycan millisinin hücumçusu Renat Dadaşov klubu “Ankaragücü”də heyətdən çıxarılıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, I Liqa klubu 25 yaşlı forvardı transferə çıxarıb.

Bu səbəbdən Dadaşov Tandoğandakı bazaya göndərilib. O, orada bir məşqçinin nəzarəti altında fərdi hazırlıq keçir. Riad Bajiç və Renat Dadaşov arasında seçim edən klub rəhbərliyi ikinci ilə yolları ayırmaq qərarına gəlib. Çünki onun üçün daha real təkliflərin olacağı güman edilir.

Hazırda Renatın adı Azərbaycan Premyer Liqasının bir neçə klubu ilə birgə hallanır. Onun qış transfer dönəmində yeni komandasının müəyyənləşməsi gözlənilir.

Qeyd edək ki, Renat Dadaşovun “Ankaragücü” ilə müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest