Futzal üzrə Azərbaycan millisi bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, 5-ci qrupda yer alan yığmamız Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində Xorvatiya ilə qarşılaşacaq.

Futzal üzrə Azərbaycan millisi bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, 5-ci qrupda yer alan yığmamız Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində Xorvatiya ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, növbəti turda millimiz Bakıda Yunanıstanla üz-üzə gələcək. Qarşılaşma 4 fevral, saat 20:00-da Bakı İdman Sarayında baş tutacaq.

AVRO-2026-nın əsas mərhələsi
V qrup, II tur
31 yanvar

22:15. Xorvatiya - Azərbaycan - 9:2
Qollar: Luka Periç, 2:49, Kristian Çekol, 10:54, Marko Kuraja, 15:44, Fran, Jelovçiç, 21:21, Marko Kuraja, 25:20, Dean Moravaç, 29:33, David Mataja, 31:14, Kristian Postruzin, 35:58, Niko Vukmir, 39:16 // Ülvi Əliyev, 27:13, Oktay Rüstəmli, 32:12 
Hakimlər: Viktor Bugenko (Moldova), Grigori Ošomkov, Jagnar Jakobson (hər ikisi Estoniya)
Timekeeper: Dino Kramar (Xorvatiya)
Hakim-inspektor: Perry Gautier (Belçika)
UEFA nümayəndəsi: Stephan Kammerer (Almaniya)
Mate Parlov İdman Mərkəzi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest