“Komandamın həm “Qarabağ”la oyunundan, həm də Liqa mərhələsindəki ümumi nəticəsindən razıyam”. Matc.az xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib. O, 3:0 hesablı qələbədən razılıq bildirib: “Turnirə yaxşı başlamamışdıq. “Lion” bizi məğlub etmişdi. Hətta daha çox qol vura bilərdi. Çünki yaxşı oynamamışdıq. Lakin sonradan toparlandıq və 7-ci yeri tutmaq üçün bütün bacarığımızı ortaya qoyduq.

Qeyd edək ki, “Olimpiakos” Liqa mərhələsini 15 xalla 7-ci pillədə başa vuraraq 1/8 finala adlayıb. “Qarabağ” isə 3 xalla sonuncu - 36-cı yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest