31 Yanvar 2025, 12:58
FUTBOL
“Barselona”nın hücumçusu Ansu Fatiyə daha bir müştəri çıxıb. Matc.az xəbər verir ki, 22 yaşlı forvard “Ayaks”ın maraq dairəsinə düşüb.
“Barselona” rəhbərliyi də forvardının gedişində maraqlıdı. Fati bu mövsüm cəmi 186 dəqiqə meydanda olub. Ancaq İspaniya millisinin üzvü Niderland klubu üçün yeganə hədəf deyil. Amsterdamlılar “Reyncers”dən Rabbi Matondo, “Qo Ehed İqlz”dan Oliver Edvardsen və “Vulverhempton”dan Karluş Borjeşlə də danışıq aparır.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Ansu Fati 2019-cu ildən əsas komandada yer alır.