“Qəbələ” 2 futbolçusu ilə yollarını ayırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

Həmçinin “Qəbələ” yetirməsi olan Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Qeyd edək ki, "Qəbələ" hazırda I Liqanın turnir cədvəlində 30 xalla liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest