31 Yanvar 2025, 15:10
FUTBOL
Donetsk “Şaxtyor”unun yarımmüdafiəçi Taras Stepanenko komandanı tərk edib. Matc.az xəbər verir ki, bu barədə Ukrayna klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı futbolçu 15 ildir formasını geyindiyi klubla yollarını ayırıb.
Taras Stepanenko 2010-cu ildən bəri “Şaxtyor”un formasını geyinib. 15 mövsüm ərzində o, bütün turnirlərdə 439 oyuna çıxıb, 30 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb. Taras 100-dən çox görüşdə komandanı kapitan sarğısı ilə meydana çıxarıb. Stepanenko “Şaxtyor”un heyətində 25 kubok qazanıb.
Qeyd edək ki, Taras Stepanenko 2010-cu ildən bəri Ukrayna millisinin şərəfini qoruyur.