“İnter” “Roma”nın yarımmüdafiəçisi Nikola Zalevskini icarəyə götürə bilər. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə həmçinin “Marsel” də maraqlanır.

Zalevskinin meneceri ilə “Roma” arasında baş tutan görüşdən sonra klublar arasında əldə olunan razılaşmalara baxmayaraq, onun “Marsel”ə keçidi sual altına düşüb. “İnter”ə keçid isə yalnız polşalı vingerin “Roma” ilə müqaviləsini uzadacağı təqdirdə reallaşacaq. “Neradzurra” 6-7 milyon avroya almaq opsiyonu ilə onu icarəyə götürməyi düşünür.

Qeyd edək ki, “Roma” ilə müqaviləsi bu ilin yayına qədər olan Nikola Zalevski car mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest