31 Yanvar 2025, 18:12
FUTBOL
"Barselona" futbolçusu Qavi ilə müqavilə müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun klubla yeni müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Qavinin 20 yaşı var və "Barselona" akademiyasının yetirməsidir. Yarımmüdafiəçi 2021-ci ilin yayında İspaniya La Liqasının III turunda, “Xetafe” ilə matçında debüt edib.
Bu mövsüm Qavi kataloniyalıların heyətində bütün turnirlərdə 20 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Nüfuzlu "Transfermarkt" internet portalı gənc ispan yarımmüdafiəçinin dəyərini 80 milyon avro olaraq qiymətləndirir.