"Milan"ın baş məşqçisi Serxio Konseysao onun rəhbərliyi komandada yaranmış gərgin atmosferə görə istefaya göndərilə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat paylaşıb.
Bildirilir ki, portuqaliyalı mütəxəssisin işə sərt yanaşması "rossonerilər"in konsentrasiyasını artırsa da, eyni zamanda komandadakı ab-havanı korlayıb.
Bundan əvvəl Konseysao "Milan"ın müdafiəçisi Davide Kalabria ilə meydanda münaqişə yaşanmışdı. Hücumçu Alvaro Moratanın da Konseysao ilə münaqişəsi səbəbindən klubdan ayrılmaq istədiyi vurğulanır. "Milan" rəhbərliyi bu vəziyyəti aradan qaldırmaq üçün artıq məşqçi ilə görüş keçirib.
Portuqaliyalı mütəxəssis İtaliya çempionatının 23-cü turunun "İnter"lə fevralın 2-də baş tutacaq oyunundan sonra qovula bilər.