Braziliyanın "Flamenqo" klubu sağ cinah müdafiəçisi Uesli Fransanı Sankt-Peterburqun "Zenit"inə satmaqdan imtina edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı X sosial şəbəkəsində jurnalist Vene Kasaqrande paylaşıb.

Bildirilir ki, Braziliya klubu müdafiəçini bu yay ABŞ-da keçiriləcək klublararası dünya çempionatına qədər saxlamaq istəyir.

Qeyd edək ki, Uesli 2024-cü il mövsümündə "Flamenqo"nun heyətində bütün yarışlarda 31 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

21 yaşlı müdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin qışına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 9 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest