Həbib Beye Fransanın "Renn" komandasının yeni baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

47 yaşlı seneqallı mütəxəssis "0,5+1" prinsipi ilə müqavilə imzalayıb. Əgər o, komandanı Liqa 2-yə düşməkdən xilas etsə, rəhbərlik onunla davam edəcək.

Xatırladaq ki, hazırda "Renn" 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest