01 Fevral 2025, 00:27
FUTBOL
Almaniya II Bundesliqasında XX turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Darmştadt"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start heyətda başlayan Emreli 90+3-cü dəqiqədə əvəzlənib. 27 yaşlı forvard 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 20 turdan sonra aktivində 28 xalı olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.