Türkiyə Superliqasında XXII turun oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Sivasspor" səfərdə "Eyüpspor"a minimal hesabla məğlub olub. "Konyaspor" isə doğma meydanda "Bodrumspor"a qalib gəlib – 3:1.

Qeyd edək ki, tura 3 fevralda yekun vurulacaq.

Türkiyə Superliqası
XXII tur

31 yanvar

"Eyüpspor" "Sivasspor" - 1:0
Qol:
Tiam, 89
Qırmızı vərəqə: Radakoviç, 10, Paluli, 85

"Konyaspor" – "Bodrumspor" - 3:1
Qollar:
Erdoğan, 6, Kramer, 36, 55 // Slovik, 69 (aq)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest