"Liverpul"un yarımmüdafiəçisi Stefan Bayçetiç "Las Palmas"a keçib.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

"Las Palmas" 20 yaşlı futbolçunu 30 iyun 2025-ci il tarixinədək icarəyə götürüb.

Qeyd edək ki, ispan futbolçu mövsümün ilk hissəsini icarə əsasında "Zalsburq"da keçirib. O, Avstriya klubunda 19 oyun keçirsə də, qol vura bilməyib. Bayçetiç dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest