"Mançester Yunayted" "Sportinq"in 17 yaşlı vingeri Geovani Kendanı 60 milyon avroya transfer etmək üçün razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Bildirilir ki, klublar qışda futbolçunun transferi ilə bağlı razılığa gəlsələr də, o, yayda "qırmızı şeytanlar"a keçəcək.

Qeyd edək ki, Kenda bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

17 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest