"Renn"in hücumçusu Amin Quiri "Marsel"ə keçib.

Matc.az xəbər verir ki, transferin dəyəri 19 milyon avro təşkil edib.

24 yaşlı əlcəzairli yeni komandası ilə 30 iyun 2029-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Quiri "Lion"un yetirməsidir. O, "Renn"in heyətində 103 oyun keçirib, 31 qol vurub və 12 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest