Ukrayna Futbol Assosiasiyasının prezidenti (UAF) Andrey Şevçenko qurumun İcraiyyə Komitəsi tərəfindən UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi irəli sürülüb.

Matc.az xəbər verir ki, bu barədə UAF-ın rəsmi saytı məlumat yayıb.

Qərar cümə günü UAF İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Şevçenko UEFA İK-də 2 illik səlahiyyət müddəti olan vəzifəyə müraciət edəcək.

İcraiyyə Komitəsi həmçinin 2025-ci il aprelin 3-də Belqradda (Serbiya) keçiriləcək UEFA-nın 49-cu Konqresinə UAF-dan nümayəndələr seçib.

Onlar UAF prezidenti Andrey Şevçenko, UAF-ın vitse-prezidenti Aleksandr Şevçenko və UAF-ın baş katibi İqor Qrışşenkodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest