"Yuventus"un baş məşqçisi Tiaqo Motta uğursuz nəticələrə baxmayaraq, Turin komandasındakı işini davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, "Yuventus" rəhbərliyi hələ də Mottaya güvənir. Klub bilirdi ki, təyinatdan sonra gənc mütəxəssisə vaxt lazım olacaq. Turin klubunun bu mövsüm üçün minimal hədəflər qoyduğu qeyd edilir.

Xatırladaq ki, Tiaqo Motta 2024-cü ilin yayında "Yuventus"un baş məşqçisi vəzifəsinə keçib. Mütəxəssis əvvəllər "Boloniya"ya rəhbərlik edib.

Turinlilər 22 turdan sonra 37 xalla A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest