Britaniyanın nüfuzlu "Give me Sport" portalı tarixin ən yaxşı braziliyalı futbolçularının reytinqini dərc edib.
Britaniyanın nüfuzlu "Give me Sport" portalı tarixin ən yaxşı braziliyalı futbolçularının reytinqini dərc edib.
Matc.az xəbər verir ki, reytinqin ilk pilləsini yeganə üçqat dünya çempionu olan əfsanəvi hücumçu Pele tutub.
İkinci yeri Braziliya millisi ilə iki dəfə dünya kubokunu qazanan və iki dəfə "Qızıl top"a layiq görülən məşhur hücumçu Ronaldo tutub. Üçüncü yerdə isə Qarrinça yer alıb.
Qeyd edək ki, bu siyahıda hazırda oynamağa davam edən yeganə oyunçu Neymardır. O, "Əl-Hilal"dan ayrılaraq "Santos"a qayıdıb.
"Give me Sport"a görə futbol tarixinin ən yaxşı braziliyalılarının reytinqi:
1. Pele
2. Ronaldo
3. Qarrinça
4. Ronaldinyo
5. Rivaldo
6. Romario
7. Neymar
8. Ziko
9. Didi
10. Jairzinyo