01 Fevral 2025, 12:24
FUTBOL
"Milan"ın hücumçusu Alvaro Morata "Qalatasaray"a keçəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkədə paylaşıb.
Bildirilir ki, bu, 1 il müddətinə uzadılma imkanı və satın alma imkanı ilə icarə olacaq.
Artıq klublar transferlə bağlı razılığa gəliblər. İndi 32 yaşlı ispaniyalı bütün sənədləri yoxlanıldıqdan sonra İstanbula gedəcək.
Qeyd edək ki, Morata ötən yay "Atletiko"dan İtaliya nəhənginə keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 2024-cü ilin yayında keçirilən Avropa çempionatında Morata İspaniya millisinin heyətində turnirin qalibi olub.