01 Fevral 2025, 13:00
FUTBOL
"Betis"in vingeri Xuanmi karyerasını "Xetafe"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Mavilər" 31 yaşlı ispaniyalını icarəyə götürüb. Müqavilə cari mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm Xuanmi 19 oyun keçirib və 2 qol vurub.