01 Fevral 2025, 15:38
FUTBOL
"Barselona"nın cinah oyunçusu Rafinya Kataloniya klubunun prezidenti Joan Laportaya müraciət edərək, azarkeş hərəkatlarından birinin nümayəndələrinə qarşı qoyulan 21 min avro cəriməni ödəmək istədiyini bildirib.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Xavi Espinosa məlumat verib.
Qeyd edək ki, bu cərimə "Barselona" azarkeşlərinə yol verdikləri qanun pozuntularına görə tətbiq edilib. Kataloniya klubu bundan əvvəl fanat qrupundan cərimə ödəməsini istəsə də, onlar bundan imtina edib və etiraz ediblər.
Tələb olunan məbləği ödəməkdən imtina etdikdən sonra Kataloniya klubunun rəhbərliyi həmin azarkeşlərə Olimpiya Stadionundakı xüsusi tribunaya girişi qadağan edib.