Bu gün "Turan Tovuz"un köməkçi məşqçisi Yunis Hüseynovun 60 illik yubileyidir.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə təcrübəli mütəxəssisə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev, sədr müavini Əli Balakişiyev və idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov komandanın 60 nömrəli formasını təqdim ediblər.

Yunis Hüseynovu klub adından təbrik edib, ona uğurlar arzulayıblar!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest