"Monza"nın yarımmüdafiəçisi Daniel Maldini karyerasını "Atalanta"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı müdafiəçi "Atalanta" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Maldini "Milan"ın yetirməsidir. 23 yaşlı futbolçu bu mövsüm 21 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest