01 Fevral 2025, 20:10
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun yeni ünvanı bəlli olub.
Matc.az xəbər verir ki, o, icarə əsasında "Aston Villa"da çıxış edəcək.
Birmingem təmsilçisinin baş məşqçisi Unai Emeri bu keçidi təsdiqləyib. 27 yaşlı futbolçunun maaşını "Aston Villa"nın ödəyəcəyi açıqlanıb.
Qeyd edək ki, Reşford "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorimlə anlaşılmazlıq üzündən əsas heyətdən kənarda qalıb. Onun komanda ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.