Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"la qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyunu şərh edib.
Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"la qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, qolsuz heç-heçə ilə yekunlaşan qarşılaşmanı dəyərləndirib:
"Yaxşı oyun oldu. İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penaltini yerinə yetirə bilmədik. Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm.
Birinci hissədə demək olar ki, rəqibə heç bir şans vermədik. "Araz-Naxçıvan" elə-belə ikinci pillədə qərarlaşmayıb. Ancaq biz də elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda 6-cı yerdəyik. İnşallah ki, xallar toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.
Futbolda bir termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Biz də neçə oyundur qol vura bilmirik, amma xallar qazanırıq. Çalışacayıq ki, növbəti həftədə 3 xal qazanaq.
Komandanın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdı. Bugünkü oyunla bir daha sübut etdik ki, "Sumqayıt" yaxşı, dominant futbol oynayır. Hesab istədiyimiz kimi olmasa da, belə bir rəqibə qarşı 1 xal qaneedicidir".